Mingəçevir şəhərində bərbərlik fəaliyyəti ilə məşğul olan şəxs öz iş yerində amansızlıqla qətlə yetirilib. Polis Şöbəsindən mi-news.az səhifəsinə verilən məlumata görə, hadisə bu gün, oktyabrın 22-də şəhərin İ.Qayıbov küçəsindəki 2 saylı ünvanda yerləşən bərbərxanada baş verib. Mingəçevir sakini olan və Dağıstandan yenicə qayıdan Eldar Abbasov şəxsi münasibətlər zəmnində aralarında baş verən dava zamanı Pərviz Məmmədova 20-dən çox bıçaq zərbəsi vuraraq, onu amansızlıqla qətlə yetirib.
Eldar Abbasovu hadisə baş verən bərbərxanada polis əməkdaşları tərəfindən saxlanılıb. İlkin ehtimala görə, hadisənin qısqanclıq zəmnində törədildiyi bildirilir. 1990-cı il təvəllüdlü Eldar Abbasovun subaydır, 1983-cü il təvəllüdlü Pərviz Məmmədov isə ötən il evlənmişdi və bir uşaq atası idi.
Faktla bağlı Mingəçevir şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.
Şərhlər bağlıdır.