Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə Yanğından Mühafizə xidmətinə yalandan zəng vurulub

Mingəçevir şəhər M.F.Axundov küçəsindəki 3 saylı ünvandan şəhər Yanğından Mühafizə xidmətinə zəng daxil olub. Bildirilib ki, həmin ünvanda fərdi həyət evi yanır. Dərhal çağırış  yerinə yanğından mühafizə bölməsini iki maşını yollanıb. Onlar həmin  yerdə yanğın baş vermədiyinin şahidi olublar.

Çağırış yerinə PPX əməkdaşları da gəlib. 101 xidmətinə yanğınla bağlı zəng vuran  mobil nömrə qarşılıqlı zəngə cavab verməyib.  Hazırda faktla bağlı polis şöbəsinə araşdırma aparılır.

Şərhlər bağlıdır.