Mingəçevirdə Yanğından Mühafizə xidmətinə yalandan zəng vurulub
Mingəçevir şəhər M.F.Axundov küçəsindəki 3 saylı ünvandan şəhər Yanğından Mühafizə xidmətinə zəng daxil olub. Bildirilib ki, həmin ünvanda fərdi həyət evi yanır. Dərhal çağırış yerinə yanğından mühafizə bölməsini iki maşını yollanıb. Onlar həmin yerdə yanğın baş vermədiyinin şahidi olublar.
Çağırış yerinə PPX əməkdaşları da gəlib. 101 xidmətinə yanğınla bağlı zəng vuran mobil nömrə qarşılıqlı zəngə cavab verməyib. Hazırda faktla bağlı polis şöbəsinə araşdırma aparılır.
Şərhlər bağlıdır.