Sizin Mingəçevir şəhəri ərazisindəki yollarda velosipedlərin təhlükəsiz hərəkətinə şərait yaratmaq məqsədilə xüsusi zolaqlar çəkilməsi və yol nişanlarının qoyulması barədə şəhər İcra Hakimiyyətinin elektron ünvanına göndərdiyiniz müraciətə baxılmışdır. Bildiririk ki, şəhər ərazisində velosipedçilər üçün xüsusi zolaqların yaradılması şəhər İcra Hakimiyyətinin başçısı yanında fəaliyyət göstərən “Yol hərəkətinin təhlükəsizliyi komissiyası” tərəfindən nəzarətə götürülmüş və gələcəkdə belə zolaqların yaradılması üçün müvafiq tədbirlər görüləcəkdir.
Nəzərə almağınız xahiş olunur.
İlham İSMAYILOV,
Mingəçevir Şəhər
İcra Hakimiyyətinin başçısı
Şərhlər bağlıdır.