Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə təhlükəsizlik orqanlarının bayramında 100 illik tarixin səhifələri vərəqləndi

Martın 28-də Mingəçevirdə, Heydər Əliyev Mərkəzində Azərbaycanın dövlət təhlükəsizlik orqanlarının 100 illik yubileyi qeyd edilib. Ulu öndərin abidəsi önünə gül qoyma mərasimindən sonra mərkəzin konfrans zalında təhlükəsizlik orqanlarımızın fəaliyyəti ilə bağlı film nümayiş olunub. Filmdə ölkədə sabitliyin qorunmasında, eyni zamanda Bəxtiyar Vahabzadə, Xəlil Rza, Eldar Quiyev kimi ziyalıların sovetlərin kəsəkəsindən müdafiə olunmasında H.Əliyevin rolundan danışılıb. Dövlət təhlükəsizlik orqanlarının yaranmasına və keçdiyi yola nəzər salan Mingəçevir  Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, DTX Mingəçevir şəhər şöbəsinin rəisi İlham Məlikov, həmin xidmətin veteranı Natiq Əfəndiyev və YAP şəhər təşkilatının sədri Cavanşir Yusubov  da Azərbaycanın təhlükəsiz orqanlarına milli kadrların gətirilməsində, ölkənin hazırkı inkişafında və demokratik dövlət quruculuğu prosesində ümummilli liderin əvəzsiz rolundan və müstəqilliyimizi boğmaq istəyən daxili və xarici qüvvələrin qarşısının alınmasında DTX əməkdaşlarının  səylərindən danışıblar.

DTX əməkdaşlarını yubiley münasibətilə təbrik edən İlham İsmayılov onların bir qrupuna İcra Hakimiyyəti adından Fəxri fərman və qiymətli hədiyyələr təqdim edib.

Şərhlər bağlıdır.