Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə silah-sursat aşkarlanıb

134

Daxili İşlər Nazirliyinin ″102″ Zəng Mərkəzinə Mingəçevir şəhəri Energetiklər yaşayış massivindəki çöllük ərazidə silah-sursat olması barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, daxil olmuş məlumat əsasında Şəhər Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə baxış keçirib.Oradan 823 ədəd avtomat və 31 ədəd iriçaplı pulemyota məxsus güllələr, eləcə də 3 ədəd müxtəlif təyinatlı əl qumbarası aşkarlanıb. Təhlükəsizlik tədbirləri də görülməklə aşkarlanmış silah-sursat ərazidən götürülərək aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Mingəçevir sakini dələduzların toruna düşüb Mingəçevirdə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb Mingəçevirdə tekstil fabrikində çalışan işçi həmkarını bıçaqlayıb

 

Şərhlər bağlıdır.