Mingəçevirdə sərnişindaşıma ilə məşğul olan xeyli sürücü cəzalandırıldı
Mingəçevir şəhər Polis şöbəsinin Dövlət Yol Polisi bölməsi növbəti reyd keçirib. Reyd zamanı sərnişindaşıma zamanı sürücülük hüququ olmayan, cərimələri ödəməyən, həmçinin təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər müəyyənləşib. Reyddə polisə tabe olmayan sürücülər də aşkarlanıb. Onlara qarşı da protokollar tərtib olunub.
Mingəçevir şəhər Polis şöbəsi Yol Polisi Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru Xətai Məmmədovun sözlərinə görə, 2 saat ərzində şəhərin müxtəlif ərazilərində keçirilən reyydə sərnişindaşımada sıxlıq yaradan 16 sürücüyə qarşı protokol tərtib edilib: “Avtomobillərdə arxa yan şüşələrdə jalüzlərdən istifadə edən sürücülər də aşkarlandı. Jalüzlərdən istifadə edən 18 sürücüyə protokol tərtib olundu. Qaydaları pozan, dayanacaqlardan kənar yerdə saxlayan və nəqliyyat vasitəsini səliqəsiz, çirkli halda idarə edənlərə qarşı da müvafiq qaydada tədbirlər görülüb”.
Şərhlər bağlıdır.