Mingəçevirdə qəza şəraiti yaradan velosipedçilər cəzalandırıldı
Mingəçevir şəhər Polis Şöbəsi Dövlət Yol Polisi Bölməsinin əməkdaşları şəhər ərazisində velosipedçilərin hərəkətinin tənzimlənməsi məqsədilə reyd keçiriblər. Yoxlamalar zamanı şəhərin müxtəlif küçə və prospektlərində avtomobil yollarında hərəkət edərək, qəza şəraiti yaradan velosipedçilər saxlanılıb. Məlum olub ki, onlar avtomobil yollarında dəbilqəsiz və əlcəksiz hərəkət edirlər.
Velosipedçilərlə söhbətlər aparılıb, bu formada hərəkət etmələrinin onların həm özləri, həm də digər hərəkət iştirakçılarının həyatı üçün təhlükəli olduğu bildirilib. Reyddə qaydalara əməl etməyən 20-ə yaxın velosiped idarə edən şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin tələbinə uyğun olaraq protokol tərtib edilib.
Şərhlər bağlıdır.