Mingəçevirdə mülki müdafiə qüvvələrinə və texnikalarına baxış keçirilib
Mingəçevirdə mülki müdafiənin tədbirlər planına uyğun olaraq, şəhər üzrə mülki müdafiənin canlı qüvvələrinə və texnikalarına baxış keçirilib. Bu barədə məlumat verən Mingəçevir Fövqaladə Hallar komissiyasının sədri İlham İsmayılov bildirib ki, məqsəd mülki müdafiə qüvvələrinin və texnikasının istənilən halda hadisənin aradan qaldırılmasının hazırlıq vəziyyətinə baxmaqdır: ”Göründüyü kimi, 13 texnikamız və 75 canlı qüvvə var. Bu gün onların hazırlıq səviyyəsi yoxlanıldı. Hamsından da razıyıq, onlar istənilən vaxt öz vəzifələrini icra etməyə tam hazırlıqlı vəziyyətdədir”.
Şərhlər bağlıdır.