Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə minik maşını piyadaları vurdu

Mingəçevirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.  APATV-nin Mingəçevir bürosunun məlumatına görə, hadisə Naxçıvan küçəsində, yanacaqdoldurma məntəqəsi yaxınlığında qeydə alınıb.

“Mercedes” markalı minik maşını idarəetmədən çıxaraq “Hundai” markalı avtomobilə, daha sonra yol kənarında iş başında olan təsərrüfat işçilərinə çırpılıb. Piyadaları əzib keçən maşın daha sonra müxtəlif maneələrə və dirəyə çırpılaraq yaşıllıq zolağına düşüb.

Qəza nəticəsində təsərrüfat müəssisəsində sosial işçi kimi çalışan, 1963-cü il təvəllüdlü Təzəgül Abbasova hadisə yerində ölüb. Daha beş nəfər piyada isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

https://youtu.be/zVX5Fc0Hs70

Şərhlər bağlıdır.