Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə Milli Qurtuluş günü video konfrans formatında keçirilib

182

Mingəçevir Şəhər İcra Hakimiyyəti YAP şəhər təşkilatı ilə birgə Milli Qurtuluş gününü qeyd edib. Öncə şəhər rəhbəri İlham İsmayılov və YAP şəhər təşkilatının sədri Cavanşir Yusifov Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüblər. Daha sonra video konfrans açıq elan edilib. İcra Hakimiyyəti başçısı bildirib ki, 15 iyun –Milli Qurtuluş Günü Azərbaycan xalqının dövlətçilik tarixində mühüm əhəmiyyətə malikdir: ”1993-cü ilin 15 iyun tarixi Azərbaycan xalqı və dövlətçiliyi üçün həqiqətən də qurtuluş tarixidir. Mən bu əlamətdar gün münasibəti ilə Sİzləri və Sizin timsalınızda bütün mingəçevirliləri təbrik edir, hər birinizə uzun ömür, can sağlığı arzulayıram. Məlumdur ki, çətin günlərdə, həlledici məqamlarda öz xalqını üzləşdiyi çətinliklərdən xilas etmək yalnız böyük və qüdrətli şəxsiyyətlərin çiyninə düşür. Xalqın taleyində belə şəxsiyyətlərə ehtiyac olan anda həmin şəxsiyyətlərin həyata keçirdiyi missiya onu xalqın lideri, onun xilaskarı edir. 1993-cü ilin iyununda Azərbaycanda yaranan ictimai-siyasi şərait, yəni vətəndaş müharibəsi, ərazicə parçalanma, xaos, anarxiya şəraiti xalqı bu vəziyyətdən xilas etməyə qadir olan lider zərurəti yaratdı. Belə bir xilaskarlıq missiyasını öz üzərinə götürən, həyatını təhlükələrə qoyan ulu öndər  Heydər Əliyev xalqın təkidli tələbi ilə iyunun 9–da Naxçıvandan Bakıya qayıtdı, iyunun 15-də Ali Sovetin sədri seçildi, bununla da daxili və xarici düşmənlərimizin bütün planlarını iflasa uğratdı. Hər birimiz ümummilli lider Heydır Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısında əvəzsiz, nəhəng xidmətlərini, bu tarixi şəxsiyyətin rəhbərliyi ilə əsası qoyulan işlərin bu gün onun layiqli davamçısı, cənab Prezident İlham Əliyev tərəfindən dəqiqliklə davam etdirilməsini və bu siyasətin nəticəsində çox böyük uğurların əldə olunmasının şahidiyik. Tam əminik ki, bu uğurlar davamlı olacaq, biz müstəqil dövlətimizin yeni-yeni zəfərlərini və qələbələrini görəcəyik. Yaşasın Azərbaycanımızı daimi uğurlara aparan Heydər Əliyev İdeyaları! Yaşasın bu ideyaları daima uğurla reallaşdıran Azərbaycan Prezidenti cənab İlham  Əliyev”.

Daha sonra məruzəçilərə söz verilib. YAP Mingəçevir  şəhər təşkilatının sədri Cavanşir Yusifov “Ümummilli lider Heydər Əliyev Milli Qurtuluşumuzun müəllifidir”, MDU-Humanitar fənlər kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent  Esmira Cəfərova “Dahi  şəxsiyyət Heydər Əliyevin 1993-cü ilin 15 iyununda siyasi hakimiyyətə qayıdışı tarixi zərurət idi”, Mingəçevir şəhər Təhsil şəbəsinin müdiri, pedaqoji elmlər üzrə fəlsəfə doktoru, dosent  Sahib Məmmədov ”Ulu öndər Heydər Əliyevin milli inkişaf startegiyası”, Azərbaycan İES”MMC-nin direktoru, YAP Mingəçevir şəhər təşkilatının sədr müavini, texniki elmlər namizədi  Təhmasib Hüsynov  ”Azərbaycanın müasir uğurlar ümummilli lider Heydər Əliyevin siyasi xəttinin dəqiqliklə icrasının nəticəsidir” mövzularında məruzələr ediblər.

Şərhlər bağlıdır.