Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə mikroavtobus piyadanı vurub

Mingəçevirdə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə axşam saatlarında Müslüm Maqomayev küçəsində baş verib.

“Ford” markalı yük daşıyan mikroavtobus yolu keçmək istəyən, şəhər sakini 1977-ci il təvəllüdlü  Məmmədova Zemfira Məmməd qızını vurub.

Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Şərhlər bağlıdır.