Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə kütləvi dava olub, 3 nəfər bıçaqlanıb

116

Mingəçevirdə kütləvi dava olub. APA-nın Mingəçevir bürosunun məlumatına görə, bir qrup şəxs arasında düşən davada 3 nəfər bıçaqlanıb. Bıçaq xəsarətləri alan – 1986-cı il təvəllüdlü İbişov Çingiz İsmayıl oğlu, 1985-ci il təvəllüdlü Məmmədov Ramin Əliheydər oğlu və 1980-ci il təvəllüdlü Əmirov Elçin Aydın oğlu xəstəxanaya yerləşdiriliblər.

Hadisənin səbəbləri hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Şərhlər bağlıdır.