Cəmiyyət

Mingəçevirdəki Şəhidlər Xiyabanında izdiham yaşandı

20 Yanvar faciəsinin qurbanları və Qarabağ müharibəsinin şəhidləri anıldı

Mingəçevirdə 20 Yanvar günü Şəhidlər Xiyabanında böyük izdiham yaşanıb. Milli Məclisin üzvləri Əli Hüseyinli və Aydın Mirzəzadə, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, hüquq mühafizə orqanlarının əməkdaşları və şəhər ictimaiyyətinin nümayəndələri səhər tezdən xiyabana gəliblər. Onlar 20 Yanvar abidəsinin önünə əklil qoyub, ehtiramlarını bildirib, eyni zamanda Qarabağ müharibəsində canlarından keçən şəhidlərin məzarını ziyarət edib, əzizlərinə və yaxınlarına başsağlığı veriblər.

Həmin anları əks etdirən görüntüləri təqdim edirik.

Daha çox

Oxşar yazılar

Close