DYP-nin Mingəçevir bölməsi yollarda təhlükəsizliyin təmin edilməsi ilə yanaşı, həm də qadın sürücülərə 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə sürpriz etmək üçün gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.
Mi-news.az xəbər verir ki, Yol polisi əməkdaşları sükan arxasında avtomobil idarə edən 30-dan çox qadını saxlayaraq onları Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edib, hər birinə çiçəklər veriblər.
DYP Mingəçevir şəhər bölməsinin təbliğat və təşviqat işləri üzrə inspektoru Xətai Məmmədov bayram tədbirinin günün sonunadək davam etdiriləcəyini bildirib: “Bölməmizdə bu cür tədbirlərin keçirilməsi bir ənənə halını alıb. Bu dəfə də ənənəmizə sadiq qalaraq zərif cinsin nümayəndələrini bayram günü sükan arxasında sevindirməyə nail olduq. Otuzdan artıq qadın sürücüyə bayram sürprizi etdik. Günün sonunadək onların sayı dəfələrlə artmış olacaq”.
Daxil olun
Daxil olun
Şifrənizi bərpa edin.
Şifrə sizə e-poçtla göndəriləcək.
Əvvəlki yazı
Növbəti yazı
Şərhlər bağlıdır.