Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə budanan ağacları poliqonda deyil, yerində zərərsizləşdirir və xammala çevirirlər

Mingəçevir İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyindən verilən məlumata görə, şəhərdə payız mövsümünün budanmasına başlanıb və bu dəfə tullantının həcmini 5 dəfədən artıq azaltmaq mümkün olub.

Birliyin rəisi Şəhriyar Mustafayev “Mingəçevir işıqları” qəzetinə bildirib ki, yaz və payız budanma mövsümü ərzində şəhərdə təxminən 40 min kub metrə yaxın ağac budanır: “Əvvəlki illərdə budanmadan sonra əmələ gələn ağac tullantıları şəhər ərazisindən Xaldan şossesi istiqamətində, 5 km aralı məsafədə, Boz dağın ətəyində yerləşən, sahəsi 15,5 ha olan poliqona aparılır və orada zərərsizləşdirilirdi. Burada  günəşin qızmar şüalarından, alovlanmaya meyilli olan tullantıların qızışmasından müxtəlif vaxtlarda yanğınlar baş verirdi. Bu da ətraf mühitə və ekologiyaya ciddi ziyan vururdu. Həm də xəzəl və budanmadan əmələ gələn tullantıların poliqona daşınması xərclərin bir neçə dəfədən çox artmasına gətirib çıxarırdı”.

Ş.Mustafayev deyir ki, problem artıq aradan qaldırılıb: “İcra Hakimiyyətinin sifarişilə bu yaxınlarda Enerji Səmərəliyi Şirkəti tərəfindən xüsusi avadanlıq almışıq. İndi tullantıları yerində doğrayıb, götürə bilirik. Bu, yanğın təhlükəsini, həm də  CO2 emissiyasını minumuma çatdırmağa şərait yaradıb. Üstəlik ağac və kol tullantılarının doğranması zamanı odun yanacağı, gübrə, mebel istehsalı üçün xammal əldə etmək mümkün olub. Tullantıların həcminin 70-80% azalması yanacaq və amortizasiya xərclərimizə ciddi qənaət etməyə imkan verib”.

Mingəçevir su anbarında balıq ovuna nəzarət artırılıb Mingəçevirli sahibkar hesab edir ki, indoneziyalı iş adamları ilə birgə şin zavodu qura bilər STP ilə Sumqayıt Dövlət Universiteti Memorandum imzalayıb

 

Şərhlər bağlıdır.