Mingəçevirdə avtomobil qaz borusuna çırpılıb
Mingəçevirdə minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı qaz borusuna çırpılıb. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə axşam saatlarında Samux küçəsində baş verib.1990-cı il təvəllüdlü sürücü Əzimli Sahil Nüsrət oğlunun idarə etdiyi “BMW” markalı minik maşını yol kənarındakı maneələrə, o cümlədən qaz borusuna çırpılıb. Qəza zamanı xəsarət alan sürücüyə hadisə yerində tibbi yardım göstərilib.
İlkin məlumata görə, qaz borusu zərər görsə də, ötürücülük qabiliyyətini itirməyib. Faktla bağlı araşdırma aparılır.
Şərhlər bağlıdır.