Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə 8 nəfər cəriməyə məruz qaldı

184

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz küçə ticarətinin qarşısının alınması məqsədilə reyd keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, reyd zamanı şəhərin müxtəlif ərazilərində, əsasən səkilərdə piyadaların hərəkətinə maneə törədən, antisanitar vəziyyət yaradan pərakəndə ticarət obyektləri müəyyən edilib. Polis əməkdaşları həmin şəxslərlə maarifləndirici söhbətlər aparıb və diqqətə çatdırıb ki, yalnız  müəyyən edilən yerlərdə ticarətlə məşğul ola bilərlər.

Eyni zamanda 8 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsi ilə (Qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin görülməsinə görə) protokol tərtib olunub.

 

Şərhlər bağlıdır.