01 aprel 2020-ci il vəziyyətinə şəhərdə ticarət fəaliyyəti ilə məşğul olan 42 hüquqi şəxs və seçmə müşahidəyə düşən 172 fiziki şəxs hesbata cəlb olunmuşdur. Həmin tarixə şəhərdə 4 ədəd bazar və yarmarka fəaliyyət göstərmişdir ki, onlarda da ticarət yerlərinin sayı 1153 vahiddir.
2020-ci ilin yanvar-mart ayları ərzində şəhər üzrə pərakəndə ticarət dövriyyəsi faktiki qiymətlərlə 95156,2 min manat olmuşdur ki, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə faktiki qiymətlərlə 6,2 faiz və ya 5521,7 min manat, müqayisəli qiymətlərlə isə 3,3 faiz və ya 3039,8 min manat çox olmuşdur.
2020-ci ilin yanvar-mart ayları ərzində şəhərin istehlak bazarında əhaliyə 95156,2 min manatlıq istehlak malları satılmışdır. Cəmi pərakəndə ticarət dövriyyəsinin 53,0 faizini və ya 50455,0 min manatını ərzaq malları, 47,0 faizini və ya 44701,2 min manatını isə qeyri-ərzaq malları təşkil etmişdir.
Pərakəndə ticarətin ümumi əmtəə dövriyyəsinin həcmində ərzaq mallarından; meyvələrin, tərəvəzin, kartofun, yarma və paxlalılar, süd məhsulları, ət (quş əti də daxil olmaqla), ət məhsulları və çörək-bulka məmulatları, qeyri-ərzaq mallarından isə yanacaq, paltarların və alt geyimlərinin, trikotaj məmulatlarının, elektrik məişət cihazlarının və ayaqqabıların pərakəndə satışı daha böyük xüsusi çəkiyə malikdir.
Şəhər üzrə 2020-ci ilin yanvar-mart ayları ərzində ümumi pərakəndə ticarət dövriyyəsində müvafiq olaraq ərzaq mallarının xüsusi çəkisi 53,0 faiz, qeyri-ərzaq mallarının xüsusi çəkisi isə 47,0 faizdir.
2020-ci ilin yanvar-mart ayları ərzində Respublika üzrə pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində Mingəçevir şəhərinin ticarət dövriyyəsinin xüsusi çəkisi 1,0 faiz təşkil etmişdir.
Hesabat dövründə şəhərin pərakəndə ticarət dövriyyəsində hüquqi şəxslərin payı 15176,8 min manat, xüsusi çəkisi 15,95 faiz, fiziki şəxslərin pay 37285,8 min manat xüsusi çəkisi isə 39,18 faiz, bazar və yarmarkaların pərakəndə ticarət dövriyyəsinin payı isə 42693,6 min manat olmuşdur ki, bu da ümumi əmtəə dövriyyəsinin 44,87 faizini təşkil etmişdir.
2020-ci ilin yanvar-mart ayları ərzində şəhər üzrə topdansatışın əmtəə dövriyyəsi faktiki qiymətlərlə 4087,5 min manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 2883,6 min manat və ya 3,4 dəfə çoxdur.
Cari ilin yanvar-mart ayları ərzində topdansatışın əmtəə dövriyyəsi hüquqi şəxslər üzrə 3839,9 min manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 4,1 dəfə və ya 2902,7 min manat çoxdur.
01 aprel 2020-ci il tarixə pərakəndə ticarət şəbəkələrində mal qalığının miqdarı 7524,6 min manat, topdansatış ticarət şəbəkələrində isə mal qalığının miqdarı 2653,4 min manat olmuşdur.
Şərhlər bağlıdır.