Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirin 01 yanvar 2020-ci il vəziyyətinə dövlət qulluqçuları

Respublikanın sənaye mərkəzlərindən bir olan Mingəçevirdə dövlət qulluğuna aid olan 11 idarə və təşkilat fəaliyyət göstərir.

2020-ci il yanvar ayının 1-nə dövlət qulluğuna aid olan idarə və təşkilatlarda 245 nəfər ştat cədvəli üzrə dövlət qulluqçusu vəzifəsi təsdiq olunduğu halda faktiki olaraq dövlət qulluğu vəzifələrində çalışan işçilərin sayı 228 nəfərdir. Dövlət qulluğunda çalışan işçilərin 127 nəfər və ya 55,7 faizi kişilər, 101 nəfər və ya 44,3 faizi qadınlardır.

Dövlət qulluğunda işləyənlərin 159 nəfər və ya 69,7 faizi inzibati vəzifələrin 4-7-ci təsnifatları üzrə, 69 nəfər və ya 30,3 faizi isə dövlət qulluğunun yardımçı vəzifələrində çalişirlar.

Dövlət qulluğuna aid olmayan qulluqçuların sayı 10 nəfər, binaya xidmət və mühafizəçi heyətin sayı 3 nəfərdir.

Dövlət qulluğunun 4-7-ci təsnifatları üzrə inzibati vəzifələrdə işləyənlərin 13,8 faiz və ya 22 nəfəri 30 yaşa qədər, 14,4 faiz və ya 23 nəfəri 30-34 yaşda, 27,7 faiz və ya 44 nəfəri 35-44 yaşda, 17,0 faiz və ya 27 nəfəri 45-54 yaşda, 20,8 faiz və ya 33 nəfəri 55-62 yaşda, 4,4 faiz və ya 7 nəfəri 63-64 yaşda və 1,9 faiz və 3 nəfəri isə 65 və yuxarı yaşda olanlardır. Dövlət qulluğunun 4-7-ci təsnifatları üzrə inzibati vəzifələrdə işləyənlərin 65,4 faiz və ya 104 nəfəri  35-62 yaşda olanlardır.

Dövlət qulluğunun 4-7-ci təsnifatları üzrə inzibati vəzifələrdə işləyən qadınların 14,6 faiz və ya 7 nəfər qadın 30 yaşa qədər, 6,2 faiz və ya 3 nəfər qadın 30-34 yaşda, 27,1 faiz və ya 13 nəfər qadın 35-44 yaşda, 20,8 faiz və ya 10 nəfər qadın 45-54 yaşda, 18,8 faiz və ya 9 nəfər qadın 55-59 yaşda, 8,3 faiz və ya 4 nəfər qadın 60-64 yaşda və 4,2 faiz və ya 2 nəfəri isə 65 və yuxarı yaşda olanlardır. Dövlət qulluğunun 4-7-ci təsnifatları üzrə inzibati vəzifələrdə işləyən qadınların 66,7 faiz və ya 32 nəfəri 35-59 yaşda olan qadınlardır.

Dövlət qulluğunun yardımçı vəzifələr üzrə işləyənlərin 11,6 faiz və ya 8 nəfəri 30 yaşa qədər, 11,6 faiz və ya 8 nəfəri 30-34 yaşda, 15,9 faiz və ya 11 nəfəri 35-44 yaşda, 29,0 faiz və ya 20 nəfəri 45-54 yaşda, 30,4 faiz və ya 21 nəfəri 55-62 yaşda, 1,5 faiz və ya 1 nəfəri 65 və yuxarı yaşdadır. Dövlət qulluğunun yardımçı vəzifələri üzrə işləyənlərin 75,4 faiz və ya 52 nəfəri  35-62 yaşdadır.

Dövlət qulluğunun yardımçı vəzifələr üzrə işləyən qadınların 7,5 faiz və ya 4 nəfəri 30 yaşa qədər, 11,3 faiz və ya 6 nəfəri 30-34 yaşda, 13,2 faiz və ya 7 nəfəri 35-44 yaşda, 34,0 faiz və ya 18 nəfəri 45-54 yaşda, 34,0 faiz və ya 18 nəfəri 55-59 yaşdadır. Dövlət qulluğunun yardımçı vəzifələri üzrə işləyən qadınların 81,1 faiz və ya 43 nəfəri 35-59 yaşdadır.

4-7-ci təsnifatlar üzrə inzibati vəzifələrdə çalışanların 1,2 faiz və ya 2 nəfəri yerli icra başçısının müavinləri, 8,2 faiz və ya 13 nəfəri şöbə müdirləri, 5,7 faiz və ya 9 nəfəri şöbə müdirinin müavinləri, 8,2 faiz və ya 13 nəfəri sektor müdirləri, 23,9 faiz və ya 38 nəfəri baş məsləhətçilər, 6,9 faiz və ya 11 nəfəri böyük məsləhətçilər, 22,0 faiz və 35 nəfəri aparıcı məsləhətçilər və 23,9 faiz və ya 38 nəfəri məsləhətçilərdir. Dövlət qulluğunun ştat cədvəli üzrə vəzifələri 91,4 faiz komplektləşdirilmişdir.

Yardımçı vəzifələrdə çalışanların 92,8 faiz və ya 64 nəfəri baş mütəxəssislər, 2,9 faiz və ya 2 nəfəri böyük mütəxəssislər, 2,9 faiz və ya 2 nəfəri aparıcı mütəxəssislər və 1,4 faiz və ya 1 nəfəri mütəxəssislərdir. Yardımçı vəzifələrin ştat cədvəli üzrə vəzifələr 97,2 faiz komplektləşdirilmişdir.

Dövlət qulluğunun 4-7-ci təsnifatları üzrə inzibati vəzifələrdə işləyənlərin 2,5 faiz və ya 4 nəfəri 1 ilə qədər, 19,5 faiz və ya 31 nəfəri 1 ildən 5 ilə qədər, 18,9 faiz və ya 30 nəfəri 5 ildən 10 ilə qədər, 18,9 faiz və ya 30 nəfəri 10 ildən 15 ilə qədər, 40,2 faiz və ya 64 nəfəri isə 15 il və daha çox qulluq stajına malik olanlardır.

Dövlət qulluğunun yardımçı vəzifələri üzrə işləyənlərin 1,4 faiz və ya 1 nəfəri 1 ilə qədər, 36,3 faiz və ya 25 nəfəri 1 ildən 5 ilə qədər, 8,7 faiz və ya 6 nəfəri 5 ildən 10 ilə qədər, 10,1 faiz və ya 7 nəfəri 10 ildən 15 ilə qədər, 43,5 faiz və ya 30 nəfəri isə 15 il və daha çox qulluq stajına malik olanlardır.

Hesabat ilində dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqı 688,5 manat olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 176,5 manat və ya 34,5 faiz çoxdur. İnzibati vəzifələr üzrə rəhbər işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki illə müqayisədə 164,6 manat və ya 17,7 faiz artaraq 1096,4 manat, qadınların orta aylıq nominal əməkhaqqı isə 282,0 manat və ya 27,5 faiz artaraq 1306,5 manat olmuşdur.

Şərhlər bağlıdır.