Mingəçevir Dövlət Rəsm Qalareyasında 20 yanvar şəhidlərinin xatirəsinə həsr edilən sərginin açılışı olub. Məktəbli və gənclərin əl işlərindən ibarət sərgi ilə İcra Hakimiyyəti və ictimayyət nümayəndələri, müəllim və şagirdlər məktəblilər yanvarın 16-da tanış olublar.
Rəsm Qalareyasının müdiri Böyükkişi Adilbəyli 20 yanvar faciəsinin dəhşətlərini əks etdirən sərgi barədə qısa məlumat verib. Daha sonra İcra Hakimiyyəti başçısı İlham İsmayılov Azərbaycan xalqının tarixinə qanlı yanvar faciəsi kimi daxil olmuş faciə barədə danışıb. O, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun Bakıda əliyalın, dinc insanlara qarşı qanlı cinayət törətdiyini deyib, bunu Azərbaycan xalqına, insanlığa qarşı həyata keçirilən vəhşi terror aktı kimi qiymətləndirib. Başçı bu hadisənin Azərbaycanda müstəqillik hərəkatını sürətləndirdiyini və Sovet İttifaqına ciddi zərbə vurduğunu deyib, faciəyə ulu öndər Heydər Əliyevin dərhal hüquqi-siyasi qiymət verdiyini, faciə qurbanlarının xatirəsinin hər il dövlət səviyyəsində anıldığını diqqətə çatdırıb.
Bundan sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.
Esmira HİDAYƏTOVA
Şərhlər bağlıdır.