31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə “Ağsaray” otelində bir araya gələn Mingəçevir Turizm Kollecinin pedaqoq və tələbə fəalları əlamətdar təqvimləri coşqu içində bayram edib. Bayram süfrəsi arxasında saatlar ərzində şux mahnı və rəqslərin müşayəti altında şənlənən kollektiv unudulmaz anlar yaşayıb.Yeni ilin rəmzləri olan Şaxta baba və Qar qızın iştirakı tədbirə rəng qatıb. Tələbə özfəaliyyət qrupu tərəfindən təqdim olunan bayram konserti, tədbir iştirakçıları arasında keçirilən əyləncəli müsabiqə və viktorinalar xoş təəssüratlar yaradıb.
Bayram təbriki ilə üzünü kollektivin üzvlərinə tutan kollecin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov kollektivin cari tədris ilidə əldə etdiyi uğurlardan, o cümlədən beynəlxalq əməkdaşlıq sayəsində əlaqələrindən danışıb,
Kollec Həmkarlar Təşkilatının sədri İbrahim Əyyubov, direktor müavini Çinarə Allahverdiyeva, şöbə müdirləri, fənn birliyi sədrləri və fəal pedaqoqlar da ən xoş arzularını ifadə edib.
Tədbir ərzində həm də bayram tortu kəsilib, şənliyə coşqu qatan səhnəciklər nümayiş olunub. Eyni zamanda kollec Həmkarlar Təşkilatı tərəfindən kollektivin əməkdaşlarına bayram hədiyyələri paylanıb. Şənlik kollektivin ifa etdiyi möhtəşəm “Yallı” rəqsi ilə başa çatıb.
Şərhlər bağlıdır.