Mingəçevir stadionunda 53 yaşlı çinar kökündən qopub, divarı qopardı
Aprelin 27-də saat 17 radələrində Mingəçevir stadionunda 30 metr hündürlüyündə çinar ağacı kökündən qoparaq, ərazinin ətrafındakı hasarın bir hissəsini uçurub. Xoşbəxtlikdən yaxınlıqda insanlar və nəqliyyat vasitələri olmayıb.
Mingəçevir Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin işçiləri dərhal hadisə baş verən əraziyə gələrək, qəzanın nəticələrini aradan qaldırmağa çalışıblar. İdarənin motomişarçısı Tərlan Hüseynovun dediyinə görə, təxminən 53 yaşı olan çinar ağacının kökü çürümüşdür .
Qeyd edək ki, şəhər stadionunda və Mingəçevirin başqa ərazilərində kifayət qədər yaşlı ağaclar var və onların nə dərəcədə sağlam və ya təhlükəli olması araşdırılmalıdır.
Şərhlər bağlıdır.