HadisəKriminalMi-TVVideo

Mingəçevir sakini dələduzların toruna düşüb

Dələduzlar Mingəçevir sakininin kartından pul çəkiblər

Şəhər sakini Fəxri Həsənov alqı-satqı saytlarının birində özünə məxsus qarajı satması haqda elan yerləşdirib. Bundan sonra WhatsApp vasitəsi ilə onunla əlaqə saxlayan şəxs qarajı almaq istədiyini deyib. Zəng vuran Qazaxstanda olduğunu və beh vermək üçün Fəxridən kartının  nömrəsini göndərməsini bildirib. Nəticədə şəhər sakini aldadılıb.

F.Həsənov deyir ki, kartlarının şəklini çəkib göndərəndən sonra telefonuna bankdan 6 rəqəmli şifrə gəlib və “qarajı almaq istəyən şəxs”in istəyilə şifrəni ona göndərib: “Bundan sonra bir kartımdan 44, digərindən 97 manat  pul çəkldilər. Mən başıma gələnlərlə bağlı DİN-ə müraciət etdim və elektron ünvanıma operativ cavab gəldi ki, müraciətim nəzərə alınıb və  şöbədə araşdırma gedir”.

Tag
Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Close