Mədəniyyət

Mingəçevir Şəhidlər Muzeyi yenidən qurulacaq

1995-ci ildə Şəhidlər xiyabanı xatirə kompleksində inşa olunmuş muzey mövcud tələblərə cavab vermir

APA-nın Mingəçevir bürosunun məlumatına görə, 1995-ci ildə Şəhidlər xiyabanı xatirə kompleksində inşa olunmuş muzey mövcud tələblərə cavab vermir. Ona görə də 198 kvadratmetrlik binada nümayiş etdirilən 1809 eksponatın sərgilənməsi və qorunması üçün texniki imkanlar məhduddur. Muzeydə havalandırma sistemi yoxdur, işıqlandırma tələblərdən aşağı səviyyədədir. Şərait olmadığından 44 günlük Vətən müharibəsi iştirakçısı olmuş 51 mingəçevirli şəhidin doğmalarından muzey üçün əşyalar qəbul edilmir. Onlara muzeydə yeni eksponatların nümayişi və qorunması üçün tələb olunan şərait olmadığı üçün müvəqqəti olaraq həmin nümunələrin qəbul olunmayacağı bildirilib.

Bərdə Regional Mədəniyyət İdarəsinin Mingəçevir nümayəndəliyindən APA-ya verilən məlumata görə, ən yaxın zamanda muzeyin yenidən qurulmasına qərar verilib. Şəhidlər Muzeyi binasının bir qədər də genişləndirilməsi şərti ilə əsaslı təmiri həyata keçiriləcək, texniki problemlər birdəfəlik aradan qaldırılacaq.

Tag
Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Close