Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir şəhidlərini son mənzilə yola saldı

Sentyabrın 28-də Mingəçevirdə orduya dəstək aksiyası keçirilib. On minlərlə insan Azərbaycan ordusunun dünəndən bəri düşmənə qarşı əks həmlə hücumu nəticəsində işğal altında olan torpaqlarımızı azad etməsindən məmnunluğu əks etdirən şüarlar səsləndirib. Onlar Ali Baş komandanın rəhbərliyi altında qələbə qazanılacağını, tezliklə Kəlbəcərdə, Xankəndində, Şuşada və Qarabağdakı digər  ərazilərimizdə Azərbaycan bayrağının dalğalanacağına inandıqlarını bildiriblər.

Eyni zamanda aksiya iştirakçıları Şəhidlər Xiyabanına gələrək, düşmən gülləsindən həlak olmuş hərbçilərimizin son mənzilə yola salınması mərasimində iştirak ediblər.

Allah şəhidlərimizə rəhmət eləsin, ordumuzu qorusun..

Şərhlər bağlıdır.