“Mingəçevir şəhərində icma əsaslı sosial reabilitasiya mərkəzi”
“Aiələrə Sosial Dayaq” İctimai Birliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə “Mingəçevir şəhərində icma əsaslı sosial reabilitasiya mərkəzi” adlı layihəsini həyata keçirir. Layihənin əsas məqsədi 0-18 yaşarası sağlamlıq imkanları məhdud uşaqlara icma əsaslı reabilitasiya xidmətləri göstərmək, ailələri səlahiyyətləndirmək və onların bilik və bacarıqlarını inkişaf etdirməkdir.
07 avqust 2018-cı ildə mərkəzdə çalışan işçilərə sağlamlıq imkanları məhdud uşaqlarla daha səmərəli işləmək bacarıqlarının aşılanması üçün təlim keçirilib. Təlimdə DSMF Mingəçevir şəhər şöbəsinin sosial işçi və sosial xidmətçiləri, mərkəzə cəlb edilmiş uşaqların valideynləri, bu sahə üzrə fəaliyyət göstərən QHT-lər iştirak edib. Təhsil baxımından hədəf qrupuna daxil olan uşaqların inkişafındakı gerilik və davranışındakı pozuntuların aradan qaldırılması yolları göstərilib. İştirakçılara İcma Əsaslı Sosial Reabilitasiyanın (İƏSR) müddəaları, strategiyasının məqsəd və prinsipləri, icma iştirakının formaları, İƏSR mərkəzlərinin təşkili və funksiyaları barədə məlumatlar verilib. Eyni zamanda valideyinlərlə sosial təminat hüququ və sosial xidmətlərlə bağlı maarifləndirici söhbətlər aparılıb, mənəvi-psixoloji və sosial-hüquqi dəstək xidmətləri ilə bağlı onlara bacarıqlar aşılanıb.
“Ailələrə Sosial Dayaq” İctimai Birliyinin mətbuat xidməti
Şərhlər bağlıdır.