Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir şəhəri üzrə istehlak qiymətlərinin və xidmət tariflərinin indeksləri (2018-ci ilin yanvar-sentyabr)

Hazırkı şəraitdə inflyasiya prosesinin öyrənilməsində istehlak qiymətlərinin dəyişməsi indekslərinin hesablanması vacibdir.

Mingəçevir şəhəri üzrə istehlak qiymətlərinin və xidmət tariflərinin indeksləri  2018-ci ilin yanvar-sentyabr 2017-ci ilin yanvar-sentyabr aylarına nisbətən dəyişməsini qrafik təsvirdən görmək olar.

Göründüyü kimi cari ilin yanvar-sentyabr aylarında keçən ilin yanvar-sentyabr ayları ilə müqayisədə cəmi istehlak mallarının qiymətləri və xidmət tarifləri 2,9 faiz bahalaşmışdır. Əsas səbəb istehlak mallarının tərkibinə daxil olan üç qrup üzrə bahalaşma müşahidə olunmuşdur. Belə ki, istehlak mallarının qiymətlərinin bahalaşmasına səbəb həmin dövrdə “Ərzaq malları” qrupu üzrə malların qiymətlərinin 4,3 faiz, “Qeyri ərzaq malları” qrupu üzrə malların qiymətlərinin 0,5 faiz və “Xidmətlər” üzrə tariflərin 2,8 faiz qiymətlərinin artması olmuşdur.

Etibar Kərimov

Mingəçevir Şəhər Statistika İdarəsi

Şərhlər bağlıdır.