“Mingəçevir” qəzetinin kompüterləri oğurlanıb
Şəhərin M.F.Axundov küçəsində yerləşən “Mingəçevir” qəzetinin binasında oğurluq baş verib. Bu barədə qəzetin baş redaktoru Mirsədi Daşdəmirov açıqlama verib: “Səhər 8 radələrində xadimə zəng vurdu ki, binanın pəncərəsi sındırılıb. Dərhal iş yerinə gəldim, polisə məlumat verdim”.
M.Daşdəmirovun dediyinə görə, qəzetə həm maddi, həm də mənəvi ziyan dəyib: “Hər biri 700 manat qiymətində olan iki kompüter oğurlanıb. Böyük komputerimizə isə ziyan vurublar. İş otağmın və şkafımın qapılarını qırıb, mənə məxsus olan əşyalarımı da aparıblar. Komputerlərimizin içərisində olan lazımı sənədlər, qəzetin növbəti nömrəsinin materiallarə, arxiv sənədlərimiz əlimizdən çıxıb. Hazırda işləməyə heç bir avadanlığımız yoxdur”.
Faktla bağlı polis şöbəsində araşdırma aparılır.
Şərhlər bağlıdır.