Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir polisinin yeni inzibati binada bayramı

Onlar Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra yeni inzibati binanın akt zalına toplaşıblar.  Şəhər polis şöbəsinin rəisi, polkovnik  Ələsgər Bədəlov Azərbaycan polisinin tarixindən və inkişaf yolundan, ölkə başçısını diqqətə və qayğısı sayəsində polisin maddi-texniki bazasının və işçilərinin sosial rifahının yüksəlməsindən söz açıb. O, vurğulayıb  ki, daxili işlər orqanları ictimai asayişin qorunmasında,  cinayətkarlıqla mübarizədə müstəsna xidmətlər göstərirlər: “Birinci Avropa Oyunlarının avarçəkmə yarışları şəhərimizdə çox böyük uğurla həyata keçdi. Bu işdə şəhər polisinin  də xüsusi xidmətləri oldu”.

Mingəçevir Şəhər  İcra Hakimiyyətinin başçısı Niyazi  Bayramov da peşə bayramı münasibəti ilə asayiş keşikçlərini təbrik edib,  nümunəvi xidmətlərinə görə  polis mayoru Hafiz Kərimov, polis kapitanı Tahir Şirinöv, polis baş serjantı Yaşar Fərhadov və  polis kapitanı Ruzi Həsənovu  İH-nin fəxri fərmanı ilə təltif edib.

Tədbirdə hüquq mühafizə orqanlarının nümayəndələri və  polis veteranları da  çıxış edərək, gənc polislərə məsləhətlərini veriblər.

Şərhlər bağlıdır.