Mingəçevir polisinin yeni inzibati binada bayramı
Onlar Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra yeni inzibati binanın akt zalına toplaşıblar. Şəhər polis şöbəsinin rəisi, polkovnik Ələsgər Bədəlov Azərbaycan polisinin tarixindən və inkişaf yolundan, ölkə başçısını diqqətə və qayğısı sayəsində polisin maddi-texniki bazasının və işçilərinin sosial rifahının yüksəlməsindən söz açıb. O, vurğulayıb ki, daxili işlər orqanları ictimai asayişin qorunmasında, cinayətkarlıqla mübarizədə müstəsna xidmətlər göstərirlər: “Birinci Avropa Oyunlarının avarçəkmə yarışları şəhərimizdə çox böyük uğurla həyata keçdi. Bu işdə şəhər polisinin də xüsusi xidmətləri oldu”.
Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov da peşə bayramı münasibəti ilə asayiş keşikçlərini təbrik edib, nümunəvi xidmətlərinə görə polis mayoru Hafiz Kərimov, polis kapitanı Tahir Şirinöv, polis baş serjantı Yaşar Fərhadov və polis kapitanı Ruzi Həsənovu İH-nin fəxri fərmanı ilə təltif edib.
Tədbirdə hüquq mühafizə orqanlarının nümayəndələri və polis veteranları da çıxış edərək, gənc polislərə məsləhətlərini veriblər.
Şərhlər bağlıdır.