Təhsil Nazirliyi ümummilli liderin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinə yekun vurub. Müsabiqənin nəticələrinə əsasən, 6 nəfər I, 10 nəfər II, 15 nəfər III dərəcəli diplom, 20 nəfər isə həvəsləndirici tərifnaməyə layiq görülüb. Bu barədə Təhsil naziri 27 aprel 2021-ci ildə əmr imzalayıb. Mingəçevir şəhər S.Vurğun adına 16 nömrəli tam orta məktəbin XI sinif şagirdi Abuşova Jalə Valid qızı ilk yerə layiq görülən 6 qalib arasında olub.
Kanal32-nin yaydığı xəbərə görə, bu haqda Təhsil naziri Emin Əmrullayev ümummilli liderin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri ilə onlayn görüşündə məlumat verib. Nazir müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin təhsilin inkişafına hər zaman xüsusi diqqət və qayğı göstərdiyini, təhsil sahəsinin cəmiyyətdə rolunu və əhəmiyyətini yüksək qiymətləndirdiyini xatırladıb, qalibləri təbrik edərək, onlara uğurlar arzulayıb.
Sonda qalib şagirdlər öz təəssüratlarını bölüşüblər.
Şərhlər bağlıdır.