Riyaziyyat və informatika fənnləri üzrə 4 mərhələli müsabiqə 7 həftə davam edib.Yarışmada ölkənin ümumtəhsil məktəblərinin 7, 8, 9 və 10-cu siniflərində təhsil alan 7 minə yaxın şagird iştirak iştirak edib. Mars Academy-nin Təhsil Nazirliyi ilə birgə gerçəkləşdirdiyi yarışın əsas hədəfi riyaziyyat – informatika və məntiqi təfəkkürə sahib istedadlı şagirdlərin üzə çıxarılması və gələcək inkişaf istiqamətlərinin elmi cəhətdən stimullaşdırılması olub.
Müsabiqədə uğurlu iştirakı ilə yadda qalan şagirdlərdən biri də 20 saylı Mingəçevir şəhər orta məktəbinin 8-ci sinif şagirdi Atilla Muradlıdır. Onun adı müsabiqənin ilk üç mərhələsində liderlər siyahısında yer alıb. Sonuncu mərhələdə isə o, “Kəlbəcər rayonunun İstisu qəsəbəsinin müasir qabaqcıl texnologiyalar əsasında yenidən qurulması –istilik və enerji sisteminin bərpa edilməsi” layihəsini təqdim edib və qalib olub. Bunu təşkilatçılar canlı yayımda təntənəli şəkildə rəsmən elan ediblər. O da vurğulanıb ki, hər yaş üzrə qaliblər qiymətli hədiyyələr qazanmaqla yanaşı həm də müsabiqənin beynəlxalq mərhələində iştirak hüququ qazanıblar.
Bundan bir neçə il öncə Atilla Muradlı Fövqaladə Hallar Nazirliyi tərəfindən keçirilən texniki modelçilik müsabiqəində də qalib gələrək ölkə birincisi olmuşdu.
Şərhlər bağlıdır.