Yanvarın 8-9-da 10 nömrəli orta məktəbdə 150-dən çox şagirdin, məktəb psixoloqları, direktor müavinləri, uşaq birliklərinin rəhbərləri və KİV nümayəndələrinin iştirakilə “Mingəçevir Gənclərinin Natiqlik Forumu” layihəsinin təlimləri aparılıb. Təlimçi Samir Şükürov ritorika, auditoriya mədəniyyəti və auditoriyanın idarə olunması, peşakar natiq bacarıqları, risklərin nəzərə alınması, bədən dili, nitqin hiss olunması barədə bilgilərini auditoriyaya çatdırıb və sualları cavablandırıb.
Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən layihənin rəhbəri Etiram Sadıqzadənin sözlərinə görə, fəal iştirakçılar gələcəkdə debat forumlarında təlimçi-məşqçi qismində iştirak etmək hüququ qazanacaqlar. Layihənin final mükafatlandırma və bağlanış mərasimi mart ayının ilk 10 günlüyündə keçiriləcək.
Daxil olun
Daxil olun
Şifrənizi bərpa edin.
Şifrə sizə e-poçtla göndəriləcək.

BDU-nun jurnalistika fakültəsini bitirib. 20 yaşından mətbuatda çalışır. 1999-cu ildən "Mingəçevir işıqları" qəzetinin təsisçisi və baş redaktorudur. "Qızıl Qələm", H.B.Zərdabi, Ali Media mükafatlarına, Əməkdar jurnalist fəxri adına layiq görülüb.
Şərhlər bağlıdır.