Elm və təhsilIKTMDUXəbərlər

Mingəçevir Dövlət Universitetinin tələbə və müəllimləri Mingəçevir YTP-də təlimdə iştirak edib

Mingəçevir Yüksək Texnologiyalar Parkında “Simbioz” Texnoloji Biznes İnkubatorun ilk təlimi keçirilib. Mingəçevir Dövlət Universitetinin tələbə və müəllimlərinin iştirak etdiyi təlim Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnnovasiyalar Agentliyinin Startaplara Dəstək və Akselerasiya Departamentinin layihələr üzrə koordinatoru Zaur Ünsizadə və baş mütəxəssis Camal Ağayev tərəfindən keçirilib.

Tədbiri açan “Simbioz” Texnoloji Biznes İnkubatorun koordinatoru Orxan Nadirov İnnovasiyalar Agentliyinin fəaliyyəti haqqında qısa məlumat verib və təlimin məqsədləri barədə danışıb.

Təlim iştirakçılarına ideya, onun məzmunu, ideyanın reallaşdırılması potensialı, ideyadan layihəyə keçidin yolları, biznes layihəsinin komponentləri və startap ideyalarının formalaşdırılması məsələləri haqqında ətralı məlumat verilib. Təlimdə dünya ölkələrində reallaşdırılan uğurlu startaplar, IV sənaye inqilabına əsaslanan müasir texnoloji trendlər, innovativ və kreativ düşüncəli mütəxəssis kimi formalaşmağın 10 “qızıl qaydası” və digər mövzularda təqdimatlar edilib.

Təlim çərçivəsində tələbə və müəllimlərin iştirakı ilə geniş müzakirələr aparılıb və gələcəkdə reallaşdırılacaq birgə layihələr barədə fikir mübadiləsi aparılıb.

Tədbirdə “Simbioz” Texnoloji Biznes İnkubatorun Mingəçevir Dövlət Universiteti ilə Mingəçevir Yüksək Texnologiyalar Parkı arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişafında mühüm rol oynadığı vurğulanıb.

Qeyd edək ki, sözügedən təlim Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnnovasiyalar Agentliyi ilə Mingəçevir Dövlət Universiteti arasında 2019-cu ilin 19 dekabr tarixind imzalanmış Anlaşma Memorandumu çərçivəsində təşkil olunub.

????????????????????????????????????

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Close