Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Universitetinin tələbələri Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər

136

2022-ci ilin 17 fevral tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Tələbə Gənclər Təşkilatının (TGT) və Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzinin (TVİM) birgə təşkilatçılığı ilə universitetin bir qrup tələbə və magistrantı Mingəçevir şəhər Heydər Əliyev Mərkəzinə ekskursiya edib.

Ekskursiya cari ildə universitet rektorunun müvafiq əmri ilə təsdiq edilmiş “MDU-da ideoloji maarifləndirmə konsepsiyası ilə bağlı keçiriləcək Tədbirlər Planı” çərçivəsində baş tutub.

Ekskursiyada gənclərə müasir və müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli lider Heydər Əliyevin keçdiyi həyat yolu, ölkəmizin hərtərəfli inkişafında göstərdiyi misilsiz xidmətləri haqqında məlumatlar verilib və Mərkəzin fəaliyyət istiqamətləri diqqətə çatdırılıb.

Daha sonra, tələbə və magistrantlar Ulu Öndərin həyat və fəaiyyətini əks etdirən eksponat, fotoşəkil və kitablarla tanış olublar.

Qeyd edək ki, əsas vəzifələrindən biri Vətənə, xalqa və dövlətə bağlı mütəxəssis kadrların yetişdirilməsi olan MDU-da Ümummilli lider Heydər Əliyevə həsr olunan tədbirlərin keçirilməsi, dahi şəxsiyyətin irsinin araşdırılması və tələbə gənclərə ötürülməsi diqqət mərkəzində saxlanılır.

????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????

Şərhlər bağlıdır.