Elm və təhsilMDUXəbərlər

Mingəçevir Dövlət Universitetinin (MDU) gələcəyin müəllimi olan tələbələri hər kəsi kitab oxumağa dəvət ediblər

Ölkəmizdə koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin #bizbirlikdəgüclüyük və #evdəqal çağırışlarına Mingəçevir Dövlət Universitetinin (MDU) tələbələri növbəti dəfə qoşulublar.

MDU-nun Pedaqoji fakultəsində “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası üzrə III kursda təhsil alan tələbələr hər kəsi evdə qalmağa və kitab oxumağa dəvət ediblər. Gələcəyin müəllimləri olan tələbələr oxumaq üçün tövsiyə etdikləri bir neçə maraqlı kitab haqqında məlumat veriblər.

Tələbələrimiz tərəfindən hazırlanan videoçarxı təqdim edirik.

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Close