Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Universitetinin əməkdaşları beynəlxalq əlaqələr  çərçivəsində Vilnüsdə növbəti təlimlərdə

MDU-nun Mətbuat xidmətinin rəhbəri Nazim Niftəliyevin mi-news.az-a verdiyi məlumata görə,  Bakı Biznes Universitetinin (BBU) koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan universitetlərində keyfiyyət təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” layihəsi çərçivəsində Litvanın Vilnüs şəhərində növbəti təlimlərə başlanılıb.

İlk təlimlər Litvanın Ali Təhsildə Keyfiyyət Təminatı Mərkəzində və Mykolas Romeris Universitetində keçirilib. Növbəti təlimlər isə Litvanın Sosial-Tətbiqi Elmlər Universitetində təşkil olunacaq. Ali təhsildə keyfiyyət təminatı sahəsində aparıcı mütəxəssislər tərəfindən aparılan təlimlərdə Azərbaycanın 11 universitetindən 36 nümayəndə iştirak edir. Təlimlərin məqsədi Azərbaycan universitetlərində keyfiyyət təminatı mərkəzlərinin yaradılması və bu mərkəzlərin iş prinsiplərinin beynəlxalq standartlara uyğunlaşdırılmasıdır.

Mingəçevir Dövlət Universitetini Mühəndislik fakültəsinin dekanı, dosent Vüqar Mustafayev, Tədris hissəsinin müdir müavini Üzeyir Zeynalov və Beynəlxalq əlaqələr sektorunun müdiri Samirə Əhmədovanın da iştirakı ilə keçirilən təlimlər noyabrın 11-dək davam etdiriləcək.

 

 

Şərhlər bağlıdır.