AzərbaycanElm və təhsilMDUXəbərlər

Mingəçevir Dövlət Universitetinin gənc əməkdaşları və tələbələri Novruz bayramı münasibətilə şəhid ailələrini ziyarət ediblər

2021-ci ilin 20 mart tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup gənc əməkdaşları və tələbələri Novruz bayramı münasibətilə Vətən müharibəsi şəhidləri Şahmar Məmmədov, Əli Rzayev, Niyazi İsgəndərov, Tural Həsənov, Musa Həsənov və Məhəmməd Məhəmmədlinin ailələrini ziyarət ediblər.

Ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib, onların övladlarına bayram sovqatları təqdim olunub.

Şəhid ailələri onlara göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, MDU rəhbərliyi şəhid ailələrini və müharibə iştirakçılarını daim diqqət mərkəzində saxlayır, gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsinə xüsusi əhəmiyyət verir.

Daha çox

Oxşar yazılar

Close