AzərbaycanElm və təhsilMDUXəbərlər

Mingəçevir Dövlət Universitetində Novruz bayramı münasibəti ilə tədbir keçirilib

2021-ci il 19 mart tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə Novruz bayramına həsr olunmuş “Xarı Bülbül ətirli Novruz” adlı tədbir keçirilib.

“Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən tədbirdə, ilk növbədə, MDU-nun rektoru Şahin Bayramovun universitetin tələbə gənclərinə təbriki çatdırılıb.

Tədbirdə tələbələr şanlı qələbəmiz nəticəsində xalqımızın mədəniyyətini, milli-mənəvi varlığını özündə əks etdirən Novruz bayramının artıq ölkəmizin hər bir guşəsində qeyd olunmasından, tarixi-mədəni irsimizin və adət-ənənələrimizin azad edilmiş torpaqlarımızda yenidən bərpa edilməsindən və doğma Qarabağımızda yandırılan bayram tonqallarından danışıblar.

44 günlük Vətən müharibəsində ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda gedən döyüşlərdə canından və qanından keçmiş şəhdilərimizin əziz xatirəsini böyük ehtiramla yad edən gənclər savadlı, vətənpərvər və layiqli şəxsiyyət kimi ölkəmizin hərtərəfli inkişafına töhfə verə bilmək üçün üzərilərinə düşən böyük məsuliyyət hissindən və vəzifələrdən danışıblar.

Sonra “Xarı Bülbül ətirli Novruz” adlı ədəbi bədii kompozisiya təşkil edilib. Xalqımızın qədim milli bayramı olan Novruzun bütün elementlərini və adət-ənənələrini özündə əks etdirən kompozisiyada tələbə gənclər müxtəlif səhnəciklər nümayiş etdirib, şeirlər səsləndirib və mahnılar ifa ediblər.

Daha çox

Oxşar yazılar

Close