Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Universitetinin əməkdaşları Şəhid Oruc Nəcəflinin ailəsini ziyarət ediblər

2020-ci ilin 13 dekabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup əməkdaşı Vətən müharibəsində Şəhid olan universitetin məzunu Nəcəfli Oruc Rövşən oğlunun ailəsini ziyarət ediblər.

Görüşdə Şəhid Oruc Nəcəflinin Vətən müharibəsi zamanı göstərdiyi şücaət, onun şərəfli həyat yolu, MDU-da keçirdiyi ali təhsil illəri və “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-dəki əmək fəaliyyəti barədə söz açılıb. Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Azərbaycan əsgəri tərəfindən qazanılmış tarixi zəfərdə və ərazi bütövlüyümüzün təmin olunmasında Şəhid Oruc Nəcəflinin də mühüm pay sahibi olduğu qeyd olunub.

Dövlətimiz tərəfindən Şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısından danışan MDU-nun rektoru Şahin Bayramov bu həssas məsələnin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin birbaşa diqqət və nəzarətində olduğunu diqqətə çatdırıb. Şəhidlərin adlarının əbədiləşdirilməsi istiqamətində dövlətimiz tərəfindən həyata keçirilən kompleks tədbirlərin önəmindən bəhs edən Ş.Bayramov onların göstərdikləri qəhrəmanlıqların təbliği istiqamətində universitetdə atılan addımlar barədə də məlumat verib. Rektor Vətən müharibəsində qəhrəmancasına Şəhid olmuş MDU-nun beş məzunu barədə universitetdə xatirə guşəsinin yaradılacağını qeyd edib.

Tərtər istiqamətində gedən döyüşlərdə fəal iştirk etmiş Oruc Nəcəflinin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə, müvafiq strukturlara və MDU kollektivinə təşəkkür ediblər. Yeganə oğlunun Vətən uğrunda canından keçməsindən qürur duyduğunu vurğulayan Şəhid anası Oruc Nəcəflinin yadigarı olan iki yaşlı nəvəsini layiqli vətəndaş kimi böyütməyə çalışacağını bildirib.

????????????????????????????????????
????????????????????????????????????

Şərhlər bağlıdır.