Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Universitetində Xocalı soyqırımı ilə əlaqədar anım tədbiri keçirilib

Mingəçevir Dövlət Universitetində (MDU) Xocalı faciəsinin 28-ci ildönümünə həsr edilmiş anım tədbiri keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Xocalı şəhidlərinin əziz xatirəsini birdəqiqəlik sükutla yad ediblər.

MDU-nun rektoru Şahin Bayramov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri tərəfindən Xocalı şəhərinin işğal olunduğunu və Xocalıda tarixdə görünməmiş genosid aktı törədildiyini bildirib. Ş.Bayramov faciə nəticəsində 613 nəfərin xüsusi amansızlıqla qətlə yetirildiyini, onlardan 63 nəfərinin uşaq, 106 nəfərinin qadın və 70 nəfərinin qoca olduğunu, 8 ailənin isə tamamilə məhv edildiyini diqqətə çatdırıb. O bildirib ki, 25 uşağın hər iki valideynini, 130 uşağın isə bir valideynini itirdiyi həmin gecə 76-sı uşaq olmaqla 487 nəfər yaralanıb. Rektor xüsusi vurğulayıb ki, qətliam gecəsi əsir götürülmüş 1275 nəfərdən 150-si baradə bu gün də heç bir məlumat yoxdur.

Ş.Bayramov Azərbaycanın və dünyanın ən qədim insan məskənlərindən biri olan Xocalıda baş vermiş erməni vəhşiliyi zamanı heç bir müharibə qanunlarının gözlənilmədiyini və günahsız mülki vətəndaşlara qarşı anoloqu olmayan amansızlığın göstərildiyini bildirib. O, Erməni vandalizminin bariz nümunəsi olan faciə nəticəsində Xocalı-Gədəbəy mədəniyyətinə aid olan çoxsaylı tarixi abidələrimizin məhv edildiyini diqqətə çatdırıb.

Rektor Xocalı faciəsinə ilk dəfə hüquqi və siyasi qiymətin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən verildiyini bildirib. Məhz ulu öndərin sayəsində faciənin əsl səbəbləri və günahkarları müəyyən edilmiş və dünya ictimaiyyətinə çatdırılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu dövlət siyasəti nəticəsində dünyanın bir neçə ölkəsi Xocalı faciəsini soyqırım olaraq tanımışdır. Ş.Bayramov öz çıxışında Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xidmətlərindən bəhs edib. Rektor bu sahədə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə rellaşdırılan “Xocalıya ədalət” kampaniyasının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Xocalıda törədilən qanlı cinayətin cəzasız qalmayacağına və Xocalı da daxil olmaqla bütün tarixi Azərbaycan torpaqlarının tezliklə işğaldan azad olunacağına əminliyini bildirən Ş.Bayramov tələbə-gənclərin faciə barədə məlumatlandırılmasının vacibiyini bildirib.

Sonra MDU-nun “Humanitar fənlər” kafedrasının müəllimi Vüsalə Mövlayeva “Xocalı faciəsinə tarixi baxış”, dosent Namaz Manafov isə “Xocalı faciəsi və gənclərin vətənpərvərlik tərbiyəsi” mövzularında məruzələrlə çıxış ediblər. Məruzələrdə faciənin səbəbləri və nəticələri, o dövrdəki ictimai-siyasi vəziyyət, faciə barədə dünya tarixçilərinin fikirləri, faciədən əldə edilməli olan dərslər, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin vacibliyi və digər məsələlər barədə ətraflı məlumat verilib.

Tədbirdə Xocalı faciəsinin canlı şahidi olmuş 4 Xocalı sakini iştirak edib. Həmin gecə doğmalarını itirmiş Süleyman Xocalı və Alim İsmayılov o müdhiş gecədə baş verənlərdən və ermənilərin törətdiyi vəhşiliklərdən bəhs ediblər. Hər iki Xocalı sakininin çıxışı faciənin əsl mahiyyətini bir daha göstərib və tədbir iştirakçılarını təsirləndirib.

Daha sonra Xocalı soyqırımını əks etdirən videoçarx nümayiş etdirilib.

Tədbirin sonunda tələbələrin ifasında Xocalı faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim olunub.

????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????

Şərhlər bağlıdır.