Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Xocalı faciəsinin otuzuncu ildönümünə həsr olunmuş tədbir

231

2022-ci ilin 24 fevral tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzinin təşkilatçılığı ilə Xocalı faciəsinin otuzuncu ildönümünə həsr olunmuş “Bəşəriyyətin faciəsi: Xocalı soyqırımı” mövzusunda tədbir keçirilib. Tədbirdə Xocalı sakinləri, universitetin akademik və inzibati heyət üzvləri, tələbələr və magistrantlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan MDU-nun rektoru Şahin Bayramov otuz il əvvəl Xocalıda törədilən bəşər tarixinin ən dəhşətli hadisələrindən və soyqırım cinayətlərindən danışıb. Müdafiəsiz, dinc və əliyalın insanları, o cümlədən qocaları, uşaqları və qadınları xüsusi amansızlıqla qətlə yetirən erməni cəlladlarının vəhşi və terrorçu xislətindən bəhs edən Ş.Bayramov 44 günlük Vətən Müharibəsində qazanılan tarixi Zəfərin mənfur düşmənlərimizə ən kəsərli cavab olduğunu deyib.

Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və yenilməz Azərbaycan Əsgərinin qəhrəmanlığı sayəsində əzəli torpaqlarımızın işğaldan azad edilməsinin xalqımıza sonsuz sevinc və fəxarət hissləri bəxş etdiyini qeyd edən rektor bu gün Xocalı qurbanlarının qanlarının yerdə qalmadığına və onların ruhlarının şad olduğuna əminliyini bildirib.

Otuz il keçməsinə baxmayaraq faciənin heç bir zaman unudulmadığını və Xocalı qurbanlarının əziz xatirəsinin daim böyük ehtiramla anıldığını söyləyən Ş.Bayramov bütün şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa diləyib.

Xocalı həqiqətlərinin araşdırılması, öyrənilməsi, gənc nəsillərə ötürülməsi, daha geniş ictimaiyyətə çatdırılması və təbliğ edilməsi missiyasında ali təhsil müəssisələrinin mühüm rolundan bəhs edən rektor bununla bağlı universitetdə həyata keçirilən tədbirlərdə Xocalı faciəsinin canlı şahidlərinin iştirak etməsini önəmli hesab edib.

Sonra tədbirdə çıxış edən MDU-nun Qarabağdan olan əməkdaşları və Xocalı sakinləri öz xatirələrini bölüşüblər. Xocalının Qarabağda strateji mövqeyə sahib olduğunu qeyd edən sakinlər onları doğma yurdlarından didərgin salan erməni işğalçılarının mənfur niyyətlərindən, dinc əhaliyə qarşı törətdikləri ağlasığmaz vəhşiliklərdən bəhs ediblər. Hələ də bu soyqırıma tam olaraq dünya birliyi tərəfindən ədalətli hüquqi qiymətin verilməməsini və cinayətkarların cəzalandırılmamasını şiddətlə qınayan Xocalı sakinləri məhz Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində qəhrəman əsgər və zabitlərimizin döyüş meydanlarında düşmənə vurduqları sarsıdıcı zərbələr sayəsində tarixi ədalətin bərpa olunduğunu qeyd ediblər. Ölkəmizdə Xocalı qurbanlarının xatirəsinin hər zaman yad edilməsi, soyqırımın beynəlxalq aləmdə tanıdılması, məcburi köçkün və şəhid ailələrinə dəstək göstərilməsindən danışan sakinlər universitetin bu proseslərdə fəal iştirakını müsbət qiymətləndirib və göstərilən diqqətə görə təşəkkürlərini bildiriblər.

Sonra tədbir MDU-nun Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində fəaliyyət göstərən Hərbi Vətənpərvərlik Klubunun təşkil etdiyi bədii hissə ilə davam edib.

Sonda, TGT-nin “Art klub”u və “BİR” tələbə-könüllüləri tərəfindən təşkil edilən rəsm sərgisində MDU tələbələrinin Xocalı faciəsindən bəhs edən rəsmlərinə baxış keçirilib.

Qeyd edək ki, MDU-da Xocalı soyqırımının otuzuncu ildönümünə həsr olunan silsilə tədbirlər davam edir.

????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????

Şərhlər bağlıdır.