AzərbaycanElm və təhsilMDUMingəçevirXəbərlər

Mingəçevir Dövlət Universitetində təlim-təcrübə proqramına start verilib

Mingəçevir Dövlət Universiteti (MDU) və “Atəşgah” Sığorta Şirkətinin Mingəçevir şöbəsi arasında əməkdaşlıq çərçivəsində İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələri üçün iki həftəlik təlim-təcrübə proqramına start verilib.

Bu münasibətlə, 2021-ci ilin 1 noyabr tarixində “Atəşgah” Sığorta Şirkətinin Mingəçevir şöbəsinin sığorta məsləhətçisi Nurlan Xəlilov və MDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini Cəlil Bağırov sözügedən proqramda iştirak hüququ qazanmış fakültənin 10 tələbəsi ilə görüşüblər.

Görüşdə çıxış edən N.Xəlilov və C.Bağırov seçim mərhələsindən uğurla keçərək təlim-təcrübə proqramına qoşulmaq imkanı əldə edən bütün tələbələri təbrik edib və gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıblar. Tələbələrin karyera inkişafı və əmək bazarının müasir tələblərinə uyğun kadr kimi yetişmələri baxımından sözügedən proqramın önəmi diqqətə çatdırılıb və təhsil-sənaye işbirliyi formatında yaradılan əlverişli imkanlardan tələbələrin maksimum faydalanması tövsiyə edilib.

Bildirilib ki, noyabrın 1-dən 14-dək davam edəcək iki həftəlik proqram çərçivəsində tələbələr sığorta şirkətində ofis şəraitində biznes əlaqələr və biznesin idarə edilməsi, risklərin idarə edilməsi, sığorta fəaliyyətinin əsasları, natiqlik, təqdimat və kommunikasiya bacarıqları ilə bağlı təcrübə keçəcək, müvafiq təlimlərə qoşulacaq və gələcəkdə işlə təmin olunma imkanları əldə edəcəklər.

Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi məqsədilə sənaye ilə əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verilir.

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Close

Adblock Detected

Please consider supporting us by disabling your ad blocker