Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Universitetində online imtahan sessiyası ilə əlaqədar təlimlər keçirilib

200

2021-ci ilin 9 yanvar tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Microsoft Teams” proqramından istifadə qaydaları ilə bağlı növbəti təlimlər keçirilib. Online formatda keçirilən təlimlərin əsas məqsədi 2020/2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyası öncəsi universitet əməkdaşları, magistrantlar və tələbələrin “Microsoft Teams” proqramından istifadə bacarıqlarını inkişaf etdirmək və onların imtahan prosesində fəal iştirakını təmin etmək olub.

Ümumilikdə üç moduldan ibarət olan təlimlərin birinci bölməsi akademik heyət üçün nəzərdə tutulub. Bu bölmədə təlim iştirakçılarına “Microsoft Teams” platforması üzərindən keçirilən online imtahanlarda istifadə olunacaq çat funksiyası, faylların mübadiləsi, biletlərin idarə olunması və komandadan qruplara nəzarət komandası barədə ətraflı məlumat verilib.

Təlimlərin müvafiq olaraq tələbələr və magistrantlar üçün nəzərdə tutulan ikinci və üçüncü modullarında “Microsoft Teams” proqramı çərçivəsində çat funksiyası, faylların mübadiləsi, elektron kitabxanadan istifadə, mobil və desktop qurğuları vasitəsilə təqvim bölməsində görüşlərin qəbulu və görüş haqqında məlumat pəncərəsinin idarə olunması mövzularında məlumat çatdırılıb.

MDU-nun İnformasiya texnologiyaları kafedrasının müəllimləri tərəfindən keçirilən təlimlər çox faydalı olub və iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, mövcud şərtlər daxilində tədrisin məsafədən təşkili ilə əlaqədar olaraq MDU-da anoloji təlimlər semester ərzində və imtahan sessiyası öncəsi mütəmadi təşkil olunur.

Şərhlər bağlıdır.