AzərbaycanElm və təhsilMDUMingəçevirXəbərlər

Mingəçevir Dövlət Universitetində “Microsoft Teams” proqramının istifadə qaydaları” adlı təlimlər keçirilib

2021-ci ilin 2 oktyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Pedaqoji, İqtisadiyyat və idarəetmə, Mühəndislik fakültələrinin tələbələri üçün “Microsoft Teams proqramının istifadə qaydaları” adlı onlayn təlimlər təşkil edilib.

MDU-nun “İnformasiya texnologiyaları” kafedrasının müəllimləri Məryəm Əsədova, Səadət Aslanova və Validə Nuriyeva tərəfindən keçirilən təlimlərdə “Microsoft Teams” proqramının strukturu, imkanları, funksiyaları, yüklənməsi, dialoq pəncərəsi, çat və faylların mübadiləsi haqqında maarifləndirici məlumatlar verilib.

Sonra, iştirakçılar tərəfindən təqdim olunan suallar cavablandırılıb.

Qeyd edək ki, tədris və təlim-tərbiyə prosesinin məsafədən effektiv təşkili məqsədilə MDU-da professor-müəllim və inzibati-texniki heyət üzvlərinin, tələbə və magistrantların “Microsoft Teams” proqramından, onun davamlı yenilənən alətlərindən və funksional imkanlarından istifadə ilə bağlı rəqəmsal bacarıqlarının artırılmasına hədəflənən müvafiq təlimlərin keçirilməsinə xüsusi önəm verilir.

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Close