2022-ci ilin 5 mart tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Mühəndislik fakültəsinin təşkilatçılığı ilə “5 Mart- Bədən Tərbiyəsi və İdman Günü” münasibətilə iməcilik keçirilib. MDU-nun həyətində təşkil edilən iməcilikdə fakültənin bir qrup akademik və inzibati heyət üzvü, tələbələr və magistrantlar iştirak ediblər.
İməcilik zamanı universitetin həyətində ağacların dibi yumşaldılıb, təmizlik və abadlıq işləri görülüb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamına əsasən hər il martın 5-i ölkəmizdə Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur. Tələbə gənclərin asudə vaxtının səmərəli təşkili və sağlam həyat tərzinin təmin edilməsi məqsədilə MDU-da müvafiq tədbirlərin həyata keçirilməsinə xüsusi önəm verilir.
Şərhlər bağlıdır.