Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Kitab sərgisi

305

2022-ci ilin 2 mart tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) İqtisadiyyat və idarəetmə fakültəsində kitab sərgisi təşkil edilib.

MDU-nun əsas tədris binasında təşkil edilən sərgidə universitetin tələbələri və magistrantları iqtisadi, texnoloji və bədii mövzularda nəşr edilmiş kitablarla, eləcə də universitetin kitabxana fonduna yeni daxill olmuş dərslik və dərs vəsaitləri ilə tanış olublar.

Qeyd edək ki, gənclərin hərtərəfli inkişafını diqqət mərkəzində saxlayan MDU-da tələbələr arasında kitaba marağın artırılması və mütaliənin təbliğ edilməsi, onların universitetin kitabxanasından daha fəal faydalanması məqsədilə belə sərgilərin keçirilməsinə xüsusi önəm verilir.

 

Şərhlər bağlıdır.