Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Universitetində “Gələcəyini qur” Gəncliyə Dəstək Layihəsinin təlimləri keçirilib

2022-ci ilin 13 fevral tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Azərbaycan Respublikası Təhsil Nazirliyi və Bakı şəhəri üzrə Təhsil İdarəsinin dəstəyi ilə  təşkil olunan “Gələcəyini qur!” Gəncliyə Dəstək Layihəsi çərçivəsində təlimlər keçirilib. Təlimlərə MDU-nun tələbələri və ətraf rayonların ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri qatılıblar.

Təlimlərin açılışında layihənin koordinatoru Turan Cəfərova, MDU-nun rektoru Şahin Bayramov, layihənin həmtəsisçisi və direktoru Bəhruz Hidayətzadə çıxış edib.

İştirakçıları salamlayan koordinator T.Cəfərova layihə haqqında ümumi məlumat verib, layihənin əhəmiyyətindən, gənclərin inkişafına, düzgün karyera və ixtisas seçiminə dəstəyindən danışıb.

Gənclər üçün belə bir faydalı təşəbbüsün reallaşdırılmasını təqdirəlayiq hal kimi dəyərləndirən rektor Ş.Bayramov layihənin həyata keçirilməsinə dəstək göstərən bütün tərəfdaşlara təşəkkür edib.  Universitetdə təhsilalanların hərtərəfli inkişafının diqqət mərkəzində saxlanıldığını vurğulayan Ş.Bayramov sözügedən layihədə MDU-nun iştirakından məmnunluğunu ifadə edib və bu çərçivədə həyata keçirilən tədbirlərə təmsil etdiyi ali təhsil müəssisəsinin də töhfə verəcəyinə əminliyini bildirib. Təlim iştirakçılarına uğurlar arzulayan rektor gənclərə yeni bilik, bacarıq və təcrübələr qazanmağa müvafiq imkanlar təqdim edən layihədən maksimum faydalanmağı tövsiyə edib.

Əsas məqsədin yüksək bilik və bacarığa malik gənclərin həyatda uğur əldə etmələrinə dəstək və tövhə vermək, Azərbaycan cəmiyyətinə yüksək intellekt və etik dəyərlərə malik sağlam düşüncəli gənclər qazandırmaq olduğunu qeyd edən layihənin həmtəsisçisi və direktoru Bəhruz Hidayətzadə göstərilən dəstəyə görə minnətdarlığını ifadə edib. Həyata keçirilən tədbirlər, onların əhatə dairəsi və hədəf qrupu haqqında məlumat verən B.Hidayətzadə layihənin dəyərlərindən, əldə edilən nəticələrdən, gələcək fəaliyyət planından danışıb və iştirakçılara uğurlar arzulayıb.

Tədbirin təşkilində əməyi və dəstəyi olanlara təşəkkürlərini çatdıran MDU-nun bir qrup əməkdaşı və tələbəsi son dövrdə universitetdə təhsilalanların və təhsilverənlərin potensialının inkişafı üçün yaradılan şəraitdən məmnunluqlarını bildirib və gələcəkdə sözügedən layihə çərçivəsində birgə fəaliyyətlərin bu istiqamətdə görülən işlərə töhfə verəcəyinə inandıqlarını söyləyiblər.

Sonra, təlimçilər, “Təhsildə İnnovativ Texnolgiyalar” Əlavə Təhsil Mərkəzinin icraçı direktoru İsa Qasımov “Uğurlu gələcək, innovativ bacarıqlar”, ADA Universitetinin İnformasiya texnologiyaları və Mühəndislik fakültəsinin baş müəllimi Araz Yusubov “Elm və yaradıcılıq: yaradıcılığın alqoritmi” və təhsil psixoloqu Hüseyn Həsənov “Məsuliyyət” mövzusunda təqdimatlarla çıxış ediblər.

Təlimlər iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da tərəfdaşlarla birlikdə təhsilalanların və təhsilverənlərin hərtərəfli inkişafına töhfə verən müvafiq layihələrin reallaşdırılmasına xüsusi önəm verilir.

????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????

Şərhlər bağlıdır.