AzərbaycanElm və təhsilMDUXəbərlər

Mingəçevir Dövlət Universitetində Fransada təhsil imkanlarına dair vebinar keçirilib

23 fevral 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Campus France” təşkilatının Azərbaycan ofisi tərəfindən “Fransada təhsil” adlı vebinar keçirilib.

“Skype” platforması üzərindən onlayn formatda keçirilən vebinarda MDU-nun tələbə və magistrantları iştirak edib. Vebinar zamanı Fransada təqaüd imkanlarından faydalanaraq təhsil almaq, düzgün motivasiya və tövsiyə məktubu hazırlamaq, təhsil müddətində yaşayış xərcləri, ixtisas seçimində diqqət edilməsi vacib olan nüanslar və digər məsələlərlə bağlı ətraflı məlumat verilib.

Qeyd edək ki, MDU-da tələbələrin “Erasmus+” və digər təqaüd proqramlarından faydalanmasına, qısamüddətli və uzunmüddətli əsaslarda xaricdə təhsil almasına xüsusi diqqət yetirilir.

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Close